Modern.az

Fransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcək

Fransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcək

12 İyul 2019, 20:14

Sentyabr ayının sonunda Fransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcək.

Modern.az  APA-ya istinadən xəbər  verir ki, bunu Fransanın Azərbyacandakı səfiri Aurelie Buşe Fransanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Aurelie Buşez bildirib ki, Azərbaycanın yaxşı qonşuluq siyasəti və çoxtərəfli diplomatiyası nəticəsində ölkəniz Xəzər regionunda stabilliyin saxlanmasında vacib rol oynayır: "Azərbaycan Asiya və Avropa arasında əlaqələrin inkişafına xüsusi töhfə verir ki, burada da qaz və dəmiryolu layihələrinin rolu qeyd edilməlidir: "Təbii ki, bu layihələrin uğurlu şəkildə həyata keçirilməsində sülh əvəzedilməzdir".

Səfir bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həllinin tapılması üçün tərəflər arasında dialoqun həyata keçirilməsinə dəstək verməyə sadiq qalır.

A.Buşez qeyd edib ki, sentyabrın sonunda Fransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir