Modern.az

“Fransa konfliktin ədalətli həllində səylərini gücləndirəcək” - Xələf Xələfov

“Fransa konfliktin ədalətli həllində səylərini gücləndirəcək” - Xələf Xələfov

12 İyul 2019, 21:27

“Fransa region üçün ağrılı problem olan Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin həlli üçün çalışan ATƏT Minsk Qrupunun həmsədrlərindən biridir. Status-kvo qəbuledilməzdir və Fransa da digər ATƏT Minsk qrupunun həmsədrləri kimi bunu dəfələrlə bəyan edib. Biz inanırıq ki, Fransa Cənubi Qafqazda sülhə və inkişafa ən böyük təhdid olan bu konfliktin ədalətli və davamlı həllinin tapılması istiqamətində səylərini daha da gücləndirəcək”.

Modern.az xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Milli Gününə həsr olunan tədbirdə bildirib.  


Xələf Xələfov  qeyd edib ki, Fransa və Azərbaycan arasında iqtisadi əlaqələr son illərdə daha da güclənib: "Hazırda Azərbaycanda təxminən 50-yə qədər Fransa şirkətləri fəaliyyət göstərir.  Bu şirkətlər enerji, suyun idarə olunması, kənd təssərüfatı, aviasiya kimi sahələrdə, ümumi dəyəri 2 milyard dollar olan 27-dək layihədə iştirak edib”.

Xarici işlər nazirinin müavini qeyd edib ki, iki ölkə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq mövcuddur və buna misal olaraq “AzerSpace-1” və “AzerSpace-2” peykləri Fansa Qayanasından səmaya buraxılıb.

X.Xələfov fransız dilinin Azərbaycanda tədrisinə toxunaraq bildirib ki, bu dil ingilis və rus dilindən sonra ən çox öyrənilən dildir: “Bu gün Azərbaycanda 338 məktəb və 7 universitetdə fransız dili tədris olunur. 50 000 məktəbli və 5000 universitet tələbəsi bu dili öyrənir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir