Arxiv
12 İyul 2019, 21:57 | AKTUAL
Cahangir Hacıyevin Mərdəkandakı evi müsadirə olunur

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Mərdəkanda yerləşən evi əlindən alına bilər.

Modern.az  xəbər verir ki, bu barədə "AzadlıqRadiosu"na onun bacısı Əminə Hacıyeva məlumat verib. Ə.Hacıyevanın bildirdiyinə görə, evin müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Çünki qanunlar şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma evə iki həftə öncə məhkəmə icraçıları gəliblər. Özlərini təqdim edib, evi qiymətləndirəcəklərini deyiblər. Lakin həmin vaxt evdə ailə üzvləri olmadığına görə gələnlər evə buraxılmayıb.

İyulun 11-də yenidən məhkəmə icraçıları və polislər gəlib: «Aralarında polislər də vardı. Təxminən bir saat dayanıblar. Getməyiblər. Hətta ətrafdakı qonşuları da gəzib, onlardan evdəki yaşayışla bağlı məlumat toplamağa çalışıblar».

Ə.Hacıyeva deyir ki, məhkəmə qərarı olmadığı halda, evin müsadirəsi, qiymətləndirilib hərraca çıxarılması qanunsuzdur.

Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Yasamal Rayon Məhkəməsi iyunun 25-də qərardad çıxararaq, C.Hacıyevin əmlakları üzərinə həbs qoyub. Vəkilləri həmin qərardaddan şikayət verib.

Ə.Hacıyeva deyir ki, ümumiyyətlə, mövcud olmayan əmlaklara da həbs qoyulması haqda qərar çıxarılıb: «Bu da o deməkdir ki, məhkəmə araşdırma aparmayıb, təqdimatı kor-koranə təmin edib. Xaricdə olan əmlaka da həbs qoyulub, amma araşdırılmayıb ki, onun Cahangir Hacıyevə aidiyyəti var, yoxsa yox».

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus Parlamentinə 110 deputatı seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23