Modern.az

23 yaşlı stüardessanın cəsədi sevgilisi ilə getdiyi oteldən tapıldı

23 yaşlı stüardessanın cəsədi sevgilisi ilə getdiyi oteldən tapıldı

13 İyul 2019, 00:44

Rusiyada stüardessa kimi çalışan 23 yaşlı Albina Muhametzyanova sevgilisi ilə getdiyi oteldə ölüb.

Modern.az  “Qafqazinfo”ya  istinadən  xəbər verir ki, “I FLY” aviaşirkətində çalışan qadının cansız cəsədi hamam otağında tapılıb.

Bildirilir ki, hadisədən öncə Albina sevgilisi ilə otelə gəlib. Bir neçə saatdan sonra qızın Nikita adlı sevgilisi otelin qeydiyyat şöbəsinə düşərək otağı daha bir günlüyünə kirayələyib və taksiylə oradan ayrılıb.

İki gün sonra otağa girənlər stüardessanın meyitini hamam otağındakı vannanın içində tapıblar. Hadisədən sonra Nikitadan xəbər yoxdur.  Cütlüyün çat vasitəsiylə tanış olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir