Modern.az

“Cinema Radio” layihəsinə start verilir

“Cinema Radio” layihəsinə start verilir

Aktual

15 İyul 2019, 17:38

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə “AzerNyuMedia” Şirkəti “Cinema Radio” layihəsinin istehsalına və yayımına başlayır.

 

Modern.az xəbər verir ki,  hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanacaq radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edəcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, veriliş bir neçə rubrikadan ibarət olacaq. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar.  Verilişin aparıcısı tanınmış dj Yaqut Gözəlovadır.

Radio layihənin tərəfdaşı “CinemaPlus” kinoteatrlar şəbəkəsidir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi