Modern.az

DİN əməkdaşı həbs EDİLDİ

DİN əməkdaşı həbs EDİLDİ

Aktual

15 İyul 2019, 18:34

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı iyunun 20-21-də Tbilisinin Rustaveli prospektində keçirilən nümayişin dağıdılması zamanı səlahiyyətindən sui-istifadə etməsi səbəbi ilə həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorluğundan məlumat yayıb

 

Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxs nümayişlərin dağıdılması zamanı qeyri-bərabər güc tətbiq edərək vəzifə səlahiyyətlərini aşıb: “Yüksək ictimai marağı nəzəri alaraq bildiririk ki, iyunun 20-21-də keçirilən nümayişin dağıdılması zamanı vəzifə səlahiyyətindən sui-istifadə etdiyi üçün saxlanılan DİN əməkdaşı həbs edilib". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı