Modern.az

Gürcüstanda daha 4 etirazçı saxlanıldı

Gürcüstanda daha 4 etirazçı saxlanıldı

15 İyul 2019, 21:42

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş vermiş hadisələrlə bağlı daha dörd etirazçı saxlanılıb.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Saxlanılan şəxslər kütləvi zorakılıqda iştirak və polis əməkdaşlarına hücum edərək parlament binasına soxulmağa cəhddə təqsirli bilinirlər.

Qeyd edək ki, iyulun 4-də kütləvi zorakılıqda iştirakda təqsirli bilinən dörd etirazçı saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir