Modern.az

Xırdalanda un məmulatları dükanı yandı

Xırdalanda un məmulatları dükanı yandı

16 İyul 2019, 00:19

Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən "Pizzaline" un məmulatları dükanında yanğın olub.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə yerinə FHN-in 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın çörəkbişirən sobaların birində baş vermiş nasazlıqdan olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir