Modern.az

"Yay məktəbi"ndə deputatlar ilə görüş keçirilib - FOTO

Aktual

16 İyul 2019, 10:43

Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” proqramı davam edir.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və partiyanın digər məsul əməkdaşları iştirak ediblər.

 

Proqramın ikinci turu çərçivəsində “Heydər Əliyev gənclərin düşüncəsində - 50 il” mövzusunda olduqca səmərəli müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən millət vəkili İqbal Məmmədov Ulu öndərin hakimiyyət illərindən, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən, fədakarlıqlarından, apardığı islahatlardan, daim yolumuzu aydınlatan ideyalarından, gənclərə göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib.

 

Deputat qeyd edib ki, xoşbəxtik ki, bu gün gənclərimiz milli maraqlarımızın olduqca etibarlı müdafiəçiləridir: “Gələcəyimizin əmin təminatçısı olan intellektual, etibarlı və sağlam düşüncəli gənclərimizə yönəlik belə tədbirlərin təşkil edilməsinə, onların cəmiyyətimizdə baş verən ictimai-siyasi proseslərdə rolunun artırılması istiqamətində addımlar atılmasına görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə ayrıca təşəkkür edirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır