Arxiv
16 İyul 2019, 12:21 | MEDİA
Uğur qazanmağın uzun yolları - Mətbuat günü ərəfəsində düşüncələr

Akif Cabbarlı

Bu günlərdə yaxın dostum və həmkarım Tahir Aydınoğlu ilə metronun İçərişəhər stansiyasının qarşısında görüşdük. Söhbətləşmək, dərdləşmək üçün əla fürsət idi və razılaşdıq ki, onun iş yerinə - “Xalq qəzeti” redaksiyasınadək piyada gedək. Yolüstü təzə yazım dərc olunmuş gündəlik qəzetlərdən birini almaq niyyətim isə axıradək baş tutmadı. Qəzet köşklərindəki satıcılar çox soyuqqanlılıqla gah “yoxdur”, “hələ gətirməyiblər” deyir, gah da bir küncə tıxlanmış su yeşiklərini göstərib “deyəsən, qəzetlər altda qalıb, sonra gələrsiniz, baxaram” deyirdilər. Axırda Tahir müəllim cavan satıcıya yumşaq şəkildə iradını bildirdi:

-Bala, siqaret soruşana dərhal tapıb pəhə-pəhlə ikiəlli təqdim edirsən, nədən qəzetə, jurnala bu cür soyuqqanlı, biganəsən? Axı, sənin əsas işin...

Cavan oğlan görünür bu iradın mahiyyətini, alt qatını o qədər də dərindən anlamadı, sadəcə gözlərini döyməklə canını bizdən qurtarmaq istədi və mənə bu yazını yazmaq üçün bir mövzu da verdi.

Bir vaxtlar paytaxtın küçə və meydanlarında saysız-hesabsız qəzet köşkləri qoyuldu. Bəli, məhz qəzet köşkləri. İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyir, qəzet-jurnal xiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları, oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Başadüşüləndir. Adam qazanmaq, həm də işığın, suyun pulunu, kirayə haqqını vaxtında vermək istəyir. Beləliklə, az-çox itirən bu satlıq malların içində itib-batan çap məhsulları oldu. Onsuz da qəzetə, jurnala marağın nədənsə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinlikləri ilə üzləşməli olublar. Təbii ki, abunəçilərin və real alıcıların azalmasını tamamilə qəzet, jurnal köşklərindəki laqeydlik və pərakəndəliklə əlaqələndirmək düzgün olmazdı. Elektron KİV-in sürətli inkişafı, peşəkar oxucu və qəzet-jurnal redaksiyalarında professional qıtlığı, insanların daha operativ və xərcsiz-filansız informasiya əldə etmək istəyini də unutmaq olmaz. Burada bir məqamı yada salmaq istərdim. Yaşlı nəslin nümayndələri yəqin ki, yaxşı xatırlayırlar, ötən əsrin axırlarında Bakının küçə və meydanlarında asılmış lövhələrə Bakıda və Moskvada çıxan ən populyar, oxunaqlı qəzetlər vurular və hər kəs yol keçərkən ürəyi istəyən informasiyanı, materialı elə ayaqüstü oxuyardı. Sadə və rahat üsullardan biri idi. Zənnimcə, bu məsələyə yenidən baxmaq olar. Böyük Çin filosofu Konfutsi deyirdi ki, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir.


Qəzetlərin bəziləri manevr edərək böhrandan çıxmaq yollarını axtardılar və tapdılar – elektron varianta keçmək yolu ilə . Əlbəttə, özünü doğrultmuş metoddur. İndi çap məhsulları baha başa gəlir. Doğrudur, günün tələblərinə və normativlərinə cavab verən nəşrlərə KİV-ə Dövlət Dəstəyi Fondu müəyyən olunmuş qaydalar əsasında ardıcıllıqla maliyyə yardımı göstərir. Dövlətimiz qəzet və jurnalların normal fəaliyyəti üçün rasional addımlar atır. Mətbəə xərcləri silinir, vergilərdən azad olunma və yüngülləşdirmə ilə bağlı tədbirlər görülür. Mətbuat Şurası qəzet redaksiyalarının və jurnalistlərin ideya-siyasi və mənəvi cəhətdən düzgün istiqamətləndirilməsi, reketçiliklə məşğul olan cızma-qaraçılarla mübarizə sahəsində səmərəli işlər görür. Elə buradaca Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Məclisinin hamımızın ürəyindən xəbər verən fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları Məclisin daim müşahidə radiusundadır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirir, yenidən cəmiyyətə, media aləminə dönüşünə rəvac verir. Yaşlı və artıq işləməyən jurnalistlərin təcrübəsindən öyrənmək üçün qurum axtarışlar aparır. Bu adamların iştirakı ilə gənc yazarlar üçün “Ustad dərsləri” keçirilməsi və onların təcrübəsini əks etdirn xüsusi nəşrin hazırlanması nəzərdə tutulub. Yeri gəlmişkən, ustad hesab olunan professionallar arasında ayrıca yazı müsabiqəsi keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək də faydalı olardı. Bu tədbirlər onların hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə, ahıl jurnalistlərimizin sevincinə, daha səmətrəli çalışmasına təkan verərdi. Bu cür praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi nüfuzlu nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam.

Jurnalistikanın cəmiyyətdə daha çox nüfuz qazanması, ön mövqelərə çıxması media əsgərlərinin söz arsenalının daha da zənginləşdirilməsi zərurətini ortaya qoyur. Bu da təbii ki, hər bir qələm sahibinin öz əlindədir. Qələmi və kameranı, kompüteri və bloknotu ən bahalı mağazalardan almaq mümkündür, amma istedad hər bir söz-sənət yiyəsinin canında-qanında, anadangəlmə olmalıdır, biliyi, savadı hər kəs öz zəhməti, sənət eşqi, dünyanı daha çox tanımaq, bilmək həvəsi hesabına qazanmalıdır. Bu həqiqəti jurnalistikaya bağlanan hər kəs özünün fəaliyyət devizinə çevirməlidir. Bütün bunlar barədə həmkarlarımla tez-tez söhbətləşir, polemikaya giririk. Təbii ki, hər kəsin orijinal fikri, qənaəti var. Uğur qazanmağın sadə düsturu isə usanmadan yazmaq, işləmək, mütaliə etmək, dünya praktikasından bəhrələnməkdir. Yaradıcılıq diskussiyaları, müsabiqələr, səviyyəli mətnlərin yüksək qiymətləndirilməsi indi xeyli aktuallaşmıış və çox yaxşı ki, Azərbaycan Mətbuat Şurası və KİVDF bu yöndə də nəzərəçapran, təqdirəlayiq işlər görür. Redaksiyalar da bu istiqamətdə səmərəliliyi artırmalıdırlar. Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzet redaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin qulpundan yapışarlar.

Ölkəmizdə medianın inkişafı şəksizdir. İndi qəzet və jurnallarda, televiziya və radiolarda öz işini sevən, bu sahəyə qəlbən bağlanan yüzlərlə gənc və yaşlı nəslin nümayəndələri olan peşəkar jurnalistlər çalışır. Bu adamlar elmin, sənətin, ədəbiyyatın, siyasətin ən müxtəlif sahələri barədə maraqlı, bitkin, yüksək səviyyəli yazılarla minlərin, milyonların sevimlisinə çevrilə biliblər. bu adamların bəziləri ilə tələbə yoldaşı olmuşam, bəziləri ilə iş yoldaşı. Bəzilərini ürəyimcə olan yazılarından, imzalarından tanımışam, bəzilərini mavi ekrandan-efirdən kəşf eləmişəm. Özü bütöv, sözü bütöv, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli ənənələrinə və peşəsinə sədaqətli, yalnız ağlına, qələminə və üz tutduğu oxucusuna, dinləyicisinə güvənəndə daha güclü olmağın bəsirətindən faydalanan, pərvazlanan qələm dostlarımın adlarını çəksəm, uzun bir siyahı alınar. Kimsə yaddan çıxarsa, xəcalətli qalaram. Əgər bu yazını oxusalar, hər halda kimləri nəzərdə tuturam, yaxşı biləcəklər. Sevimli, oxunaqlı nəşrlərimiz var, alıram, oxuyuram, gözümün üstünə qoyuram və yazılarımı da onlara etibar edirəm. Allah işlərini avand eləsin. Jurnalistikaya qəlbən bağlanan, ağ kağıza ürəyindən gələn qızıl kimi kəlmələri səbirlə, dəyanətlə, ləyaqətlə köçürən hər kəsə uğur qazanmağın uzun və çətin yollarında uğurlar arzulayıram.

P.S. Dənizkənarı bulvarda rastlaşdığım köhnə tanışımın dedikləri günün mövzusu ilə bağlı düşüncələrimə nöqtə qoya bilər;

-Hər gün xeyli qəzet alıram. Əsasən “525-ci qəzet”i, “Kaspi”ni, “Ədalət”i, “Şərq”i, “Bütöv Azərbaycan”ı, “Ədəbiyyat qəzeti”ni, “İki sahil”i, “Bakı Xəbər”i, “Mövqe”ni, bir də rəsmi dövlət qəzetlərini tapıb alıram. Gözlərim zəif gördüyündən bəzi yazıları universitet tələbəsi olan nəvəm oxuyur mənim üçün. Həm də deyirəm qoy əlləri, barmaqları klaviaturadan ayrılıb qısa müddət də olsa qəzetə toxunsun. İnanın, bu təmasın doğurduğu təəssürat, kağızın ətri, enerjisi insan beyni, zehni üçün olduqc gərəklidir, dərman kimidir. Klassik ənənələri qorumaq hər birimizin borcudur.


Ağsaqqal ötən əsrin 70-80-ci illərində qəzetə, yazılı nəşrlərə olan hədsiz marağı, məhəbbəti kövrək notlarla xatırladı:


-Yəqin ki, yadınızdadır, qəzet köşklərinin qənşərində növbəyə durar, ilk nöbədə “Bakı-Baku” axşam qəzetlərini böyük təşnə ilə gözləyərdik. Çox istərdim ki, sevimli qəzetimiz tezliklə yenidən onu sevən, səbirsizliklə gözləyən oxucularının görüşünə gəlsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38