Modern.az

Dünyanın ən pis şəhərləri - SİYAHI

Dünyanın ən pis şəhərləri - SİYAHI

28 Yanvar 2012, 16:55

Dünyanın bir çox şəhərində oğurluq, təcavüz, cinayət yaşam tərzinə çevrilib və yoluxucu xəstəliklər həyatın gerçəyi olub. Modern.az xarici mətbuata istinadən ziyarət etmək belə istəməyəcəyimiz dünyanın ən pis 10 şəhərinin adını təqdim edir.

1. Harare şəhəri - Zimbabve
Qlobal maliyyə böhranı bu şəhəri çökdürüb. Şəhərdə əhalinin 80 faizi işsizdir. Burada çörək od qiymətinədir.

2. Moresbi şəhəri - Yeni Qvineya
Bu şəhərin əhalisi 820 dildə danışır. Çoxmillətli şəhərdə yaşayış çox aşağı səviyyədədir. Şəhərdə cinayət, təcavüz, AİDS xəstəliyi çox geniş yayılıb. Küçələrdə maşınla gəzmək belə çox təhlükəlidir. Yerli mafia dəstələri talançılıqla məşğuldur. Bir sözlə, burada it yiyəsini tanımır.

3. Kinşasa şəhəri - Konqo Demokratik Respublikası
Şəhər korrupsiya bataqlığına gömülüb. Burada atomobillərin oğurlanması gündəlik təkrarlanan hadisədir 
 
4. Roçinha Favela şəhəri – Braziliya
Gecəqondular məhəllələri bu şəhərdə üstünlük təşkil edir. Dünyada ən çox cinayət törədilən məhəllələr məhz buradadır. Bu səbəbdən məhəllələr sanki hərbi qüvvələr və polis tərəfindən işğal edilmiş vəziyyətdədir. Bu təhlükəsizlik tədbirlərinə baxmayaraq küçələrdə gəzmək təhlükəli sayılır.

5. Sana şəhəri - Yəmən Ərəb Respublikası  
Sana küçələrində əlində “Kalaşnikov” avtomatı olanları görmək adi hala çevrilib. Şəhərdə insanların cinayət qurbanı olması tez-tez təkrarlanır.

6. Monrovia şəhəri - Liberia
75 min əhalisi olan şəhər Afrikanın ən pis yerlərindən biri olaraq qəbul edilir.18 yaşından az olan  qızlar fahişəliyə sürüklənir. Narkotikdən istifadə çox geniş yayılıb. Tualetlər məhdud saydadır. 

7. Ciudad Juarez şəhəri - Meksika
Bu şəhər narkotiklə əlaqəli zorakılığın paytaxtı olaraq xatırlanır. Kasıblıq və korrupsiyanın geniş yayıldığı şəhər dünyanın cinayət paytaxtı olaraq tanınır. Hələ də narkotik karteller arasındakı döyüş davam etdiyi üçün təhlükə səviyyəsi düşməmiş vəziyyətdədir. Şəhər ABŞ narkotik bazarını yüksək miqdarda narkotiklə təmin edir. 

8. Cite Soleil şəhəri - Haiti
Bura dünyanın bəlkə də ən bəxtsiz  bölgəsidir Görülməmiş şiddətdə reallaşan Haiti zəlzələsiylə şəhər tamamilə dağılıb. Cite Soleildə kasıblıq səviyyəsi yüksəkdir. Şəhər kanalizasiya şəbəkəsi, məktəb, elektrik və sağlamlıq xidmətlərindən məhrumdur. 

9. Qəndahar şəhəri - Əfqanistan  
Bura müasir dünyanın ən təhlükəli şəhərlərdən biridir.Halbuki, əvvəllər  mədəniyyət mərkəzlərindən biri idi. İndi burada adam oğurluğu, bomba partlayışları adi reallığa çevrilib.

10. Moqadişo şəhəri - Somali
Moqadişo bu günlərdə aclıq və qaçqın böhranı ilə boğuşur. İllərdir davam edən vətəndaş müharibəsi səbəbiylə hökumət yalnız məhdud sayda məhəlləni idarə edə bilir. Müasir quldurların da baza olaraq istifadə etdiyi Moqadişoda hər an silah səsi eşitmək olar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?