Modern.az

Şəkidə xəsarət alanların SON DURUMU

Şəkidə xəsarət alanların SON DURUMU

16 İyul 2019, 13:00

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə məlumat açıqlanıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Rəsmi məlumata görə, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

 Xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, iyulun 15-də  Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər