Arxiv
16 İyul 2019, 14:20 | ƏDƏBİYYAT
Boşluqdan qaçışa çağırış

Azad Müzəffərli

 

Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanı elə ilk baxışdan özünəməxsus və maraqlı tərtibatı ilə diqqəti çəkir.

 

Kitaba Nəcəf Əsgərzadənin yazdığı ön söz də fərqlidir, romanın sərbəst və süjet xətti qurulmadan yazılmasına bir növ qabarıq işarədir. Əsərin mətləbi kompleks xarakter daşıyır, müəllif roman boyunca oxucu ilə kəskin mükalimədədir. Oxucunun da müəllifə deməyə kifayət qədər sözü var. Sevgi ziddiyyətlər burulğanına, bir növ açarı ələdüşməz çox mürəkkəb labirintə bənzər.  Əsərdəki “Bir-birini təkrar edən insanları heç zaman sevməmişəm”, “Sonralar başa düşdüm ki, qadın təbiəti anlaşılmazdır”, “Eşq axmaqlıq olduğuna görə gözəldir”, “Sevgi azadlığı məhdudlaşdırır, insanı əsarətə sürükləyir”, “Zərif səsi qulaqlarımda cənnət himni kimi səslənirdi”, “Amansız həyat sevən insanı yalnız nakam eşq əzabı ilə cəzalandıra bilər”, “Şüur qəlbin zərif duyğuları qarşısında acizdir”  və bu qəbildən digər qənaətlər oxucunu da dilə gətirir, istər-istəməz  müəlliflə dialoqa səsləyir. Romanda irəli sürülən fikirlər əhatəli, dolu olması və fəlsəfi çəkisi ilə diqqətəlayiqdir. Müəllif öz şəxsi timsalında milyonlarla insanın yaşantılarını təfərrüatı ilə, xırdalıqlarına qədər sözə çevirməyə çalışıb. Bu yaşantılar dərinliyi, saflığı və səmimiliyi ilə diqqəti çəkir. Romandakılar hər kəsə, ələlxüsus da gənc nəslə doğmadır. Ən azı buna görə müəllifin təhkiyəsi səni arxasınca aparır. Əslində hər kəsin tale payı özü elə bir romandır, sadəcə onların əksəriyyəti qələmə alınmır.

 

Romanın gedişi Nicat Həşimzadənin dünya və Azərbaycan ədəbiyyatına nə qədər dərindən bələd olmasına, eləcə də, onun sərhəd tanımayan beyninin həzm imkanlarının genişliyinə də dəlalət edir. Bu, əsərin dilinin yapışqanlı və düşündürücü olmasına da təsirsiz ötüşməyib. Düzdür, oxucuya hərdən elə gəlir ki, müəllif yerli yazıçılardansa xarici ölkələrin qələm əhlinə daha çox istinad edir. Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanındakı güclü məntiqə və həyati reallıqlara əsaslanan ritorik sualları bir növ əsərin  ilk baxışdan gözəgörünməyən hadisə planını əvəzləyir. Ruhsal qat sənə gərginlikdən qurtulmağa imkan vermir, hey düşünüb-daşınırsan, çünki mahiyyətcə sən özün də əsər boyunca yaşantılarınla baş-başa qalırsan. Həmişə olmasa da, müəlliflə üst-üstə düşən qənaətlərin də kifayət qədərdir. Romanı mütaliə edərkən böyük yaradıcılıq perspektivinə, özünəməxsus fəlsəfi düşüncəyə malik bir yazıçı ilə gözbəgöz olduğunun mahiyyətinə varırsan. Məncə, bu məqamda əsərin 15-ci səhifəsindəki kiçik bir hissəyə diqqət kəsilmək yerinə düşərdi... “Ölməz Pikasso” filmini çox sevirəm. Pikasso sevdiyi qadına deyir: “İspaniyada yaşadığım zamanlar mənə öyrtəmişdilər ki, gözlər cazibə qüvvəsinə malikdir” Əgər, qapalı cəmiyyətdə yaşayırsansa, gözlər cazibə qüvvəsinə malik olmur, çünki insanın enerjisini sümürürlər.

 

Bəzi sıravi fikirlərin(müəllifin gəncliyindən, həyat təcrübəsinin hələ kifayət qədər olmamasından qaynaqlanan) kəsərli və yetkin qənaətlərlə növbələşdiyi əsərdə bir romana bərabər yükdə tapıntılar da kifayət qədərdir.  Bu anlamda romandan daha bir hisssəyə diqqət yetirək... Müharibə xalqlarda özünümüdafiə instinktini gücləndirir. Xüsusən də, müharibədə məğlub olmuş xalqlar inkişafın zəruruliyini dərk edirlər. Alman və yapon xalqları dediklərimin əyani sübutudur.  Nicat Həşimzadə bizi alman və yapon kimi millətlərdən nümunə götürməyə səsləyir. Ümumilikdə, mətləb mükəmməldir və doğma Azərbaycanımızın bu gənci belə yüksək səviyyədə düşüncəsinə görə alqışa layiqdir. Di gəl, şəxsi qənaətlərinin kamilliyi naminə digər tərəfdən o unutmamalıdır ki, istər almanlar, istərsə də yaponlar (özü də söhbət bizdən fərqli olaraq tarix boyunca əsasən əsarət altına düşməyən  millətlərdən gedir) indiki uğurlara təkcə özlərinin milli potensialı hesabına nail olmayıblar. Həm Almaniya, həm də Yaponiyanı hazırkı səviyyəyə yüksəldən əslində faktiki olaraq Amerika Birləşmiş Ştatlarıdır. Məhz hazırda dünyanın cilovunu əlində saxlayan, İkinci dünya müharibəsində həlledici qalib ölkələrdən biri olan Amerika Birləşmiş Ştatlarının geosiyasi xeyir-duası, hərtərəfli köməyi ilə  yaponlar və almanlar özlərinə gələ bilsələr də, iqtisadiyyatlarını amerikalıların təbirincə formalaşdırsalar da, indinin özündə də hərtərəfli onların çaldığı havaya oynamaq məcburiyyətindədirlər. Bir sözlə, dünyanın mizan tərəzisi düzələn deyil.   

 

Nicat Həşimzadənin “Boşluqdan qaçış”  romanını oxuduqca səndə belə qənaət yaranır ki, bu əsər beynəlxaql səviyyədə də layiqli qiymətini ala bilər, yəni əcnəbilərin də diqqətini çəkə biləcək gücdədir. Həyatını kitablar işğal edən kəslər xoşbəxtdir. Şüurlu  mütaliə çox güclü silahdır. Bu baxımdan Nicat Həşimzadə də bəzən pessimizmə qapılsa da, kitablara heç vaxt arxa çevirməyib. Elə, “Həyatımızı mərsiyə janrında yaşamışıq. İnkişaf etmək lazımdır. İnkişaf etmək üçün dəyişmək lazımdır.”  kimi fikirlər də mahiyyətcə dərin və kompleks mütaliənin məhsuludur.  Bu məqamda dəyərli dostuma xatırlatmaq istərdim ki, vaxtilə ölkəmizi işğal edərək bizə müsəlmanlığı da qılınc gücünə qəbul etdirən ərəb cahillərinin əsrlər boyunca şəriət adı altında özlərinin yaramaz xislətindən bizə sırıdıqlarından, gündəlik həyat tərzimizə pərçim elədiklərindən bir millət olaraq  qurtulmadan həyatımızda elə bir köklü dəyişiklik mümkün olmayacaq.  

 

Əsər müəllifin görüb-götürdüklərini bölüşmək cəhdindən, oxucular qarşısında növbəti imtahana qatılmaq istəyindən və oxunmağa layiq olduğunu təsdiqləmək iddiasından qaynaqlanır, məncə. İnsan Tanrı fəlsəfəsinə müdaxilə etməkdən yorulmasa da, di gəl, özünü axıra qədər dərkdə acizdir. Nicatın romanından da bir daha bəlli olur ki, əsl sənətə cığır da, körpü də böyük sevgidən qaynaqlanır. Bu baxımdan roman boyunca sevən qəlbin bəstələri, içdən gələn deyimləri də dərin oxucunun diqqətindən yayınmır... Böyük adamların sevgisi də böyük olur, onlar eşqdən qarşılıq ummurlar, eşqdən nəsə uman adamlar ibadəti qarşılığında cənnət mükafatı gözləyən adamlar kimi riyakardırlar... Nicat  Həşimzadə haqlıdır; mənəvi kamilləşmə elə iztirabların çoxluğundan yaranır, kamillik  eqonun sınmasından başlayır.

 

Zənnimcə,  “Boşluqdan qaçış” romanı ümummilikdə Nicat Həşimzadənin yaradıcılıq yolunda növbəti uğuru kimi dəyərləndirilməlidir.  Ədəbiyyatın klassik ənənələrini 21-ci əsr üçün qəbul edilməz sayan, süjet xəttinə lüzum görməyən müəllif digər tərəfdən unutmamalıdır ki, roman ilk növbədə bədii əsərdir. Burada obrazlı düşüncə, doğma dilimizin şəhdi-şirəsinin ortalığa qoyulması, əsərin mayasının bədiilikdən yoğrulması, strukturun mükəmməlliyi vacib şərtlərdir. Əgər, movcud olan təcrübə səni razı salmırsa, buyurun, tərəfdarlarınla birgə bugünün reallığını ortalığa qoyan formanı təklif et və yarat. Təbii ki, başlıca meyar yenə də bədiilik olmaq şərtilə. Bədiilik rahiyyəsinə bürünməyən, məhvərində əlçatmaz Tanrı fəlsəfəsi olmayan yazı ədəbiyyat səviyyəsinə yüksələ bilməz.  Nicat Həşimzadənin “Boşluqdan qaçış” romanının ən böyük üstünlüyü isə burada qələmə alınan mətləbin ümumidən qaynaqlanmasındadır. Müəllif öz xoşbəxtliyini ümuminin xoşbəxtliyinin içində arayır. Boşluqdan birdəfəlik qaçışın yalnız və yalnız küll halında həllinin mümkünlüyünü irəli sürür və bir millət olaraq bizi buna səsləyir. Nicat Həşimzadə buyurur ki, əsrlər boyunca min bir zillətə qatlaşan milyonlarla soydaşımızın həsrətində olduqları, bizə isə nəsib olan müstəqilliyin dəyərini qədərincə qiymətləndirərək heç olmasa, gələcək nəsillər üçün boşluq qoymayaq. Azərbaycanın ədəbiyyatını da dünya səviyyəsinə qaldıraq, bu meydanda halallıq və əsl peşəkarlıq mühiti formalaşsın, ölkəmizdəki qələm əhli alın təri ilə bir parça halal çörəyini qazanmaq imkanına malik olsun, axı, bu baxımdan döşünə döyən əcnəbilərdən bizim nəyimiz əskikdir?! Müəllifə ümdə arzularının çin olması və yeni-yeni yaradıcılıq uğurları diləyi ilə...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda orta məktəbdə bıçaqlanma  7 Dekabr 2019, 00:48 “Ermənilər Bakıda” videosunu çəkənlər danışdı - VİDEO 7 Dekabr 2019, 00:33 İraqda nümayişçilər güllələndi 7 Dekabr 2019, 00:14 Bakıda "Gelandewagen" üç maşını əzdi 6 Dekabr 2019, 23:48 Yaşayış binasında partlayış: 5 nəfər öldü 6 Dekabr 2019, 23:29 Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO 6 Dekabr 2019, 23:15 “Qalmasını istəyirik” – Qurbanov dəyişikliklərdən danışdı 6 Dekabr 2019, 22:56 Azərbaycan neftinin qiyməti dəyişdi 6 Dekabr 2019, 22:43 Ürəyi altı saat dayanan qadın xilas edildi 6 Dekabr 2019, 22:27 Bakıda bu işçilərin maaşları artıb 6 Dekabr 2019, 22:13 Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?