Modern.az

Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI

“Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI

16 İyul 2019, 15:07

İyulun 15-də saat 15:20 radələrində “Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın Technip İtaly Spa şirkətinin işçisi (elektrik) 12.09.1982-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi ev 4-də yaşayan Baxşiyev Ziyad Sabir oğlu  Etilen-polietilen zavodunun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.

“Azərikimya”dan Modern.az-a verilən məlumata görə, bədbəxt hadisə nəticəsində Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə “Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmamış və vəfat edib.

 “Əsas diqqət ediləsi məqam ondan ibarətdir ki, dünyasını dəyişən şəxs (Allah rəhmət eləsin) “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun yox, podratçı şirkət olan İtaliyanın Technip İtaly Spa şirkətinin işçisidir”,-deyə “Azərikimya” bəyan edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi