Arxiv
16 İyul 2019, 16:32 | AKTUAL
Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti üçtərəfli iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Volkan Bozkır və Sofio Katsaravanın başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib. 

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 

Görüşdə həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib. E.Məmmədyarov üçtərəfli formatda xarici işlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq bir hal kimi qiymətləndirib və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusilə vurğulayıb.

 

Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə ediblər. Regionda mövcud münaqişələrə toxunan qonaqlar mövcud münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.

 

Öz növbəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib.

 

Görüş zamanı tərəflər hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq 10 Dekabr 2019, 15:50 Azyaşlılara işgəncə verdiyi deyilən ata və ögey ana efirə gəldi - VİDEO 10 Dekabr 2019, 15:41 Dəm qazından niyə boğuluruq? – Səbəb qazın tərkibidir, yoxsa insan amili? 10 Dekabr 2019, 15:35 Uzaq və yaxın İsraildən veteran yazır... 10 Dekabr 2019, 15:30 İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib 10 Dekabr 2019, 15:26 Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutuldu 10 Dekabr 2019, 15:06 Jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi 10 Dekabr 2019, 15:00 “Muğanbank”ASC-də yeni təyinat 10 Dekabr 2019, 14:55 Kral II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub 10 Dekabr 2019, 14:52 “Əbu-Bəkr” məscidinə yeni imam seçiləcək  10 Dekabr 2019, 14:50 Elmira Süleymanovaya yeni vəzifə verilib 10 Dekabr 2019, 14:35 Mirşahin Seyfulla və Vahid Mustafayev qardaşlarına rəqib oldu - MTRŞ TƏSDİQLƏDİ 10 Dekabr 2019, 14:29 Yanvarın 1-dən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ 10 Dekabr 2019, 14:23 Deputat köməkçilərinin aqibəti necə olacaq? 10 Dekabr 2019, 14:22 Ermənilərdən ibarət cinayətkar qruplaşmalar Avropanı TƏHDİD EDİR 10 Dekabr 2019, 14:21 "EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri aparılır - FHN 10 Dekabr 2019, 14:12 "EuroHome”dakı 5 hektar ərazinin 2 hektarı yanıb - Rəsmi 10 Dekabr 2019, 13:57 270 azərbaycanlı uşaq Suriya və İraqdakı saxlama mərkəzindədir 10 Dekabr 2019, 13:52 BirKart-la Əbu-Dabiyə bilet qazanın! 10 Dekabr 2019, 13:49 Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 10 Dekabr 2019, 13:46 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub - Rəsmi 10 Dekabr 2019, 13:45 Bu şirkət “Neftçi” futbol klubunun yeni sponsoru oldu 10 Dekabr 2019, 13:44 YAP növbədənkənar seçkidə iştirak QƏRARI VERDİ 10 Dekabr 2019, 13:38 “Quzubasan” Mazanın məzəli işdəkləri 10 Dekabr 2019, 13:35 Milli Şura parlament seçkilərində iştirak etməyəcək - BƏYANAT 10 Dekabr 2019, 13:33 Moskvanın eks-meri Lujkov vəfat etdi 10 Dekabr 2019, 13:30 Nəsimidən bəhs edən “Əbədi eşq günəsi” filmi İtaliyada nümayiş olunub 10 Dekabr 2019, 13:14 Azərbaycanlı rejissorun filmi  dünyanı dolaşır 10 Dekabr 2019, 13:06 “Magistraturaya qəbul asan, bitirmək çətin olsun” - TƏKLİF 10 Dekabr 2019, 13:06 Prezident təqaüdü elektron qaydada təyin olunacaq 10 Dekabr 2019, 12:58 Sabahın hava proqnozu AÇIQLANDI 10 Dekabr 2019, 12:52 Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib 10 Dekabr 2019, 12:44 Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu - VİDEO 10 Dekabr 2019, 12:37 Əbu Bəkr məscidi yenidən açılır  10 Dekabr 2019, 12:30 Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək 10 Dekabr 2019, 12:22