Arxiv
16 İyul 2019, 16:35 | AKTUAL
Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi

Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib. 

 

DSX-dən Modern.az-a verilən məlumata görə, ənə­nəvi ola­raq Dövlət Bayrağı Mey­da­nında təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luq­çuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən DSX-nin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğur­­lar ar­zu­layıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sər­həd­çisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzm­lə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tuta­caq­larına inamını ifadə edib.

 

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlər haqqında məlumat verilmiş, dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.

 

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

 

Tədbirdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib.

 

DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib, sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

 

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əli­yevin məza­rını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47