Modern.az

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

16 İyul 2019, 16:42

İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir.

 

Bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

 

V.Hüseynov deyib ki, havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir:

 

“Nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”.

 

O qeyd edib ki, bu cür hallara əvvvəlki illərdə də rast gəlinib:

 

“Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamış, hava şəraitinin normalllaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.

 

Qeyd edək ki, hazırda paytaxt bazarlarında pomidorun 1 kiloqramı 1-2 manat arasında dəyişir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi