Modern.az

Türk alimləri süni ürək və qaraciyər hazırlayır

Türk alimləri süni ürək və qaraciyər hazırlayır

16 İyul 2019, 16:43

Türkiyədə elm adamları kök hüceyrələr və 3 D bio-printerin köməyi ilə süni insan toxumaları hazırlayır.  Bu üsulla növbəti hədəf isə qaraciyər və ürəyin yaradılmasıdır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəzərdə tutulan üsul alınarsa, gələcəkdə orqan bağışlamağa ehtiyac qalmayacaq.

Hazırda Türkiyənin özündə 26 mindən çox insan orqan transplantasiyasına ehtiyac duyur. Bu rəqəm hər il 5 min nəfər daha artır. Səhiyyə Nazirliyindən verilən məlumata əsaasən, keçən il Türkiyədə 5 min 592 nəfərə orqan köçürülüb. Yerdə qalan digər xəstələr isə həyatını itirib.

 

Bu işlə məğul olan həkim Erdal Karaöz deyir ki, “Həm kök hüceyrə həm də 3 D bio-printerin texnologiyalarını birləşdirərək insan orqanları yartatmağa çalışırıq. Orqanların bir qismini artıq hazır etmişik, bir qisminin üzərində isə işlər davam edir. Artıq yaxın 10-15 il ərzində insanların xəstə orqanlarını rahatlıqla yenisi ilə əvəz edə biləcəyik”.

 

Əzizə ZEYNAL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir