Modern.az

Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü

Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü

Aktual

16 İyul 2019, 17:30

Nigeriya sahillərinə yaxınlaşan və Türkiyə bayrağı altında üzən gəmidəki 10 dənizçi dəniz quldurları tərəfindən girov götürülüb.

 

Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

 

Qeyd olunur ki, Türkiyənin “Paksoy-1” yük gəmisinin göyərtəsinə olan 18 nəfərlik heyət Qərbi Afrika ölkəsi olan Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalıb. Girov götürülən türkiyəli dənizçilərin şəxsiyyəti hələ də məlum deyil.

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanlarının əməkdaşları bu məsələ ilə məşğuldurlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı