Modern.az

Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb

Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb

Aktual

16 İyul 2019, 19:11

Ələtdə Yanardağ adlanan ərazidə dənizdə çimərkən 15 yaşlı Ləman Orucova boğulub. Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub.

 

Hadisə yerinə təcili tibbi yardım çağrılıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, təcili yardıma çağırış saat 16.45 də daxil olub.

Hadisə yerinə gələn həkim briqadasına ölüm faktını təstiqləməkdən başqa bir şey qalmayıb.

 

Qeyd edək ki, faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

 

Virtualaz.org

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir