Modern.az

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm

Aktual

16 İyul 2019, 20:43

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib.

Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.

S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi