Modern.az

İsgəndər Həmidovun vəziyyəti yenidən pisləşdi, xəstəxanaya yerləşdirildi

İsgəndər Həmidovun vəziyyəti yenidən pisləşdi, xəstəxanaya yerləşdirildi

17 İyul 2019, 08:21

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov səhhəti yenidən pisləşib.

Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, ötən gecə vəziyyəti ağırlaşdığından kəskin ağrılar səbəbiylə onu yenidən xəstəxanaya yerləşdirmək məcburiyyətində qalıblar. 

Xatırladaq ki, İ.Həmidov bir müddət öncə də vəziyyəti pisləşdiriyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.

İ.Həmidov ürəyindən əməliyyat olunmaq üçün Türkiyəyə aparılmışdı. Lakin həkimlər böyrəklərində və onurğasında  yaranmış problem üzündən sabiq nazirin ürəyində əməliyyat aparmağa icazə verməmişdilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!