Modern.az

Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı

Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı

Aktual

17 İyul 2019, 09:57

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyatına start verilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin (KTN0 İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, EKTİS-də 149 hüquqi şəxsin qeydiyyatdan keşəcəyi gözlənilir. Hüquqi şəxslərin öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil etməsi bir ay ərzində yekunlaşacaq.

 

Qeyd edək ki, iyulun 17-dək 313377 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Ümumilikdə 313792 təsərrüfat yeni sistemdə qeydiyyata alınıb. 228366 fermer elektron sistemdə Dövlət Aktı / şəhadətnamə, 63914 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 7279 fermer icarə sənədi, 3278 fermer etibarnamə, 703 fermer vərəsəlik şəhadətnaməsi, 378 fermer arayış, 59 fermer torpaq sahələrinin plan və ölçü sənədi əsasında EKTİS-də qeydiyyatdan keçiblər. Digər fermerlər isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.

 

Bugünədək EKTİS-də ən çox Sabirabad (15744), Xaçmaz (12569), Cəlilabad (11385) Bərdə (11187), Şəki (10447), İmişli (10306) və Saatlı (10217) fermerləri qeydiyyatdan keçib.

 

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fiziki və hüquqi şəxslərin qeydiyyatının optimal müddətdə başa çatdırılması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı