Modern.az

Şəkidə xəsarət alanların SON DURUMU

Şəkidə xəsarət alanların SON DURUMU

17 İyul 2019, 10:45

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyətilə bağlı məlumat açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir:

“Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb, vəziyyəti orta-ağır stabildir”.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

 

Xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, iyulun 15-də  Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir