Arxiv
17 İyul 2019, 12:56 | AKTUAL
Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, Dövlət Yol Polisi İdarəsi bununla bağlı məlumat yayıb. Qeyd edilir ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

 

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

 

Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırılır ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

 

Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

 

Belə ki, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

 

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Qeyd edək ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı 21-27 iyul tarixlərində keçiriləcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azyaşlılara işgəncə verdiyi deyilən ata və ögey ana efirə gəldi - VİDEO 10 Dekabr 2019, 15:41 Dəm qazından niyə boğuluruq? – Səbəb qazın tərkibidir, yoxsa insan amili? 10 Dekabr 2019, 15:35 Uzaq və yaxın İsraildən veteran yazır... 10 Dekabr 2019, 15:30 İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib 10 Dekabr 2019, 15:26 Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutuldu 10 Dekabr 2019, 15:06 Jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi 10 Dekabr 2019, 15:00 “Muğanbank”ASC-də yeni təyinat 10 Dekabr 2019, 14:55 Kral II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub 10 Dekabr 2019, 14:52 “Əbu-Bəkr” məscidinə yeni imam seçiləcək  10 Dekabr 2019, 14:50 Elmira Süleymanovaya yeni vəzifə verilib 10 Dekabr 2019, 14:35 Mirşahin Seyfulla və Vahid Mustafayev qardaşlarına rəqib oldu - MTRŞ TƏSDİQLƏDİ 10 Dekabr 2019, 14:29 Yanvarın 1-dən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ 10 Dekabr 2019, 14:23 Deputat köməkçilərinin aqibəti necə olacaq? 10 Dekabr 2019, 14:22 Ermənilərdən ibarət cinayətkar qruplaşmalar Avropanı TƏHDİD EDİR 10 Dekabr 2019, 14:21 "EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri aparılır - FHN 10 Dekabr 2019, 14:12 "EuroHome”dakı 5 hektar ərazinin 2 hektarı yanıb - Rəsmi 10 Dekabr 2019, 13:57 270 azərbaycanlı uşaq Suriya və İraqdakı saxlama mərkəzindədir 10 Dekabr 2019, 13:52 BirKart-la Əbu-Dabiyə bilet qazanın! 10 Dekabr 2019, 13:49 Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 10 Dekabr 2019, 13:46 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub - Rəsmi 10 Dekabr 2019, 13:45 Bu şirkət “Neftçi” futbol klubunun yeni sponsoru oldu 10 Dekabr 2019, 13:44 YAP növbədənkənar seçkidə iştirak QƏRARI VERDİ 10 Dekabr 2019, 13:38 “Quzubasan” Mazanın məzəli işdəkləri 10 Dekabr 2019, 13:35 Milli Şura parlament seçkilərində iştirak etməyəcək - BƏYANAT 10 Dekabr 2019, 13:33 Moskvanın eks-meri Lujkov vəfat etdi 10 Dekabr 2019, 13:30 Nəsimidən bəhs edən “Əbədi eşq günəsi” filmi İtaliyada nümayiş olunub 10 Dekabr 2019, 13:14 Azərbaycanlı rejissorun filmi  dünyanı dolaşır 10 Dekabr 2019, 13:06 “Magistraturaya qəbul asan, bitirmək çətin olsun” - TƏKLİF 10 Dekabr 2019, 13:06 Prezident təqaüdü elektron qaydada təyin olunacaq 10 Dekabr 2019, 12:58 Sabahın hava proqnozu AÇIQLANDI 10 Dekabr 2019, 12:52 Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib 10 Dekabr 2019, 12:44 Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu - VİDEO 10 Dekabr 2019, 12:37 Əbu Bəkr məscidi yenidən açılır  10 Dekabr 2019, 12:30 Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək 10 Dekabr 2019, 12:22 Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ 10 Dekabr 2019, 12:16