Modern.az

6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub

6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub

17 İyul 2019, 18:32

“Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun isə  cəzaçəkmə rejimi dəyişdirilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov bildirib.

“6 ayda 402 məhkum, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun isə ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Hesabat dövründə penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?