Arxiv
17 İyul 2019, 19:53 | AKTUAL
Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq

Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə zəruri istintaq tədbirləri həyata keçirilir.

 

Cinayət işinin istintaqı zamanı Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovanın vəkilləri tərəfindən verilmiş vəsatətlərə qanunvericiliyə uyğun baxılmaqla nəticəsi barədə mərhumun valideynləri və kütləvi informasiya vasitələri məlumatlandırılıblar.

Qeyd edilənlərə baxmayaraq, zərərçəkmiş şəxsin qohumları tərəfindən cinayət işi üzrə istintaqın qeyri obyektiv aparılması ilə bağlı mətbuat konfransı keçirilərək ibtidai araşdırmanın normal gedişatına təsir göstərilməsinə cəhd edilib.

 

Cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasını həyata keçirən ekspertlər komissiyasının tərkibinə Sevil Hüseynovanın təklif etdiyi mütəxəssisin cəlb edilməsi barədə vəkilləri tərəfindən vəsatət istintaqa təqdim edilənədək Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət komissiya yaradılmaqla ekspertiza tədqiqatı aparıldığından vəsatət təmin edilməyib.

 

İş üzrə şahid qismində dindirilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova arasında üzləşdirmə aparılmasına dair növbəti vəsatət qeyd edilən şəxslərin ifadələri arasında ziddiyyət olmadığından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq vəsatət təmin edilməyib.

 

Cinayət işinə əlavə edilmiş Təhsil Nazirliyinin və digər qurumların müvafiq vəzifəli şəxslərinin vəzifə funksiyalarını müəyyən edən normativ sənədlərin surətlərinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələrinə verilməsinə dair vəsatətləri cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxsin və ya onun hüquqi varisinin nümayəndəsinin yalnız ibtidai araşdırma qurtardığı andan işin materialları ilə tanış olmaq huququna malik olması nəzərə alınaraq təmin edilməyib.

 

Eyni zamanda bildirilir ki, iş üzrə təyin edilmiş ekspertizaların rəyləri istintaq orqanına daxil olduqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova vəkillərinin iştirakı ilə həmin rəylərlə tanış edilib və bununla bağlı narazı olmalarına dair istintaqa hər hansı vəsatətləri və şikayətləri daxil olmayıb.

 

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını AÇIQLADI 16 Dekabr 2019, 14:31 Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq 16 Dekabr 2019, 14:21 Putin Yeni İli necə qeyd edəcək? 16 Dekabr 2019, 14:20 Gürcüstandan görün nə gətirdilər - FOTOLAR 16 Dekabr 2019, 14:10 Təhsil idarəsi mərkəzdəki partlayışla bağlı məlumat YAYDI 16 Dekabr 2019, 14:03 Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:32 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək.. 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52 Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO   16 Dekabr 2019, 12:46 Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı 16 Dekabr 2019, 12:40 “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək 16 Dekabr 2019, 12:34 Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir 16 Dekabr 2019, 12:24 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16