Arxiv
18 İyul 2019, 00:44 | AKTUAL
“Neftçi”ni çətin oyun gözləyir

"Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdır".

Modern.az  xəbər verir ki, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Speranta” oyunu ilə bağlı təşkil edilmiş mətbuat konfransında səsləndirib.

Təcrübəli məşqçi deyib: “Oyunda maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı. Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər. Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardır. Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudur. Heç vaxt təslim olmur. Ola bilər ki, sabah heyətdə onu da görərsiniz. Daboda da irəliləyiş var. Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz. Hazırda yalnız “Speranta” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqqında da düşünəcəyik. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diktə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar. Düzdür, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm. Əsas odur, gözəl oyun nümayiş etdirib qələbə qazanaq”.

Roberto Bordin ilk oyunda heyətdə olunan dəyişiklik haqında da söz açıb: “Voislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, qeyd edim ki, komandamızda 6 arxa xətt oyunçusu var. Bunların 4-ü mərkəz, 2-si cinah müdafiəçisidir. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütlüyünə şans verim. Bununla belə, bugünkü məşqdən sonra dəyişiklik ola bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri aparılır - FHN 10 Dekabr 2019, 14:12 "EuroHome”dakı 5 hektar ərazinin 2 hektarı yanıb - Rəsmi 10 Dekabr 2019, 13:57 270 azərbaycanlı uşaq Suriya və İraqdakı saxlama mərkəzindədir 10 Dekabr 2019, 13:52 BirKart-la Əbu-Dabiyə bilet qazanın! 10 Dekabr 2019, 13:49 Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 10 Dekabr 2019, 13:46 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub - Rəsmi 10 Dekabr 2019, 13:45 Bu şirkət “Neftçi” futbol klubunun yeni sponsoru oldu 10 Dekabr 2019, 13:44 YAP növbədənkənar seçkidə iştirak QƏRARI VERDİ 10 Dekabr 2019, 13:38 “Quzubasan” Mazanın məzəli işdəkləri 10 Dekabr 2019, 13:35 Milli Şura parlament seçkilərində iştirak etməyəcək - BƏYANAT 10 Dekabr 2019, 13:33 Moskvanın eks-meri Lujkov vəfat etdi 10 Dekabr 2019, 13:30 Nəsimidən bəhs edən “Əbədi eşq günəsi” filmi İtaliyada nümayiş olunub 10 Dekabr 2019, 13:14 Azərbaycanlı rejissorun filmi  dünyanı dolaşır 10 Dekabr 2019, 13:06 “Magistraturaya qəbul asan, bitirmək çətin olsun” - TƏKLİF 10 Dekabr 2019, 13:06 Prezident təqaüdü elektron qaydada təyin olunacaq 10 Dekabr 2019, 12:58 Sabahın hava proqnozu AÇIQLANDI 10 Dekabr 2019, 12:52 Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib 10 Dekabr 2019, 12:44 Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu - VİDEO 10 Dekabr 2019, 12:37 Əbu Bəkr məscidi yenidən açılır  10 Dekabr 2019, 12:30 Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək 10 Dekabr 2019, 12:22 Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ 10 Dekabr 2019, 12:16 "EuroHome”dakı yanğın SÖNDÜRÜLDÜ 10 Dekabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda hərəkət bərpa olundu 10 Dekabr 2019, 12:11 “EuroHome”dakı yanğınsöndürmə prosesi Kəmaləddin Heydərovun nəzarətindədir 10 Dekabr 2019, 12:07 Xəstəxanaya silahlı hücum – 4 ölü, 2 yaralı 10 Dekabr 2019, 11:59 “Bakı kəndlərində gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər” – Eldar Quliyev 10 Dekabr 2019, 11:57 “EuroHome”dakı yanğından FOTOLAR 10 Dekabr 2019, 11:55 Azyaşlıları döyən ata və ögey anayla bağlı cinayət işi başlandı 10 Dekabr 2019, 11:52 Xaricdə təhsilin üstünlükləri... Bəs kimlər xaricdə saxta diplom əldə etməyə çalışır?!   10 Dekabr 2019, 11:49 Zelenski Putinin əlindəki “kozır”dan DANIŞDI 10 Dekabr 2019, 11:47 Ötən ay gündəlik neft hasilatımız 776 min barrel olub 10 Dekabr 2019, 11:44 “EuroHome"dakı yanğını söndürmək üçün 3 helikopter, 1 təyyarə cəlb olunub - RƏSMİ - VİDEO 10 Dekabr 2019, 11:40  “EuroHome”dakı yanğın Məleykə Abbaszadənin görüşünü təxirə saldı 10 Dekabr 2019, 11:38 Gəncədə YAP-çı müşahidəçilərlə görüş olub 10 Dekabr 2019, 11:37 Ramiz Zeynalov da hadisə yerinə gəlib 10 Dekabr 2019, 11:32