Arxiv
18 İyul 2019, 08:45 | MEDİA
Azərbaycan jurnalistikasının dörd “muşketyoru”...

Qarşıdan milli mətbuat gününün növbəti ildönümü gəlir. Bu münasibətlə sizə Azərbaycan jurnalistikasında kifayət qədər nüfuz qazanan dörd insandan danışmaq istəyirəm. Yəqin ki, onların dostluğundan hər kəsin xəbəri vardır...


Nədənsə hər dəfə onları bir yerdə görəndə Aleksandr Dümanın “Üç muşketyor” əsəri yadıma düşür. Bildiyiniz kimi həmin romanda “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarı ilə yaşayan ayrılmaz dostlardan- Dartanyan, Atos, Portos və Aramisdən söhbət açılır. Elə mən də dostluq şarjı kimi sözlə çəkəcəyim bu rəsmdə Elçin Şıxlı, İbrahim Nəbioğlu, Qulu Məhərrəmli və Arif Əliyevi şərti olaraq, bu əsərdəki qəhrəmanlara bənzətmək istəyirəm. Elçin Şıxlını Dartanyan, İbrahim Nəbioğlunu Atos, Qulu Məhərrəmlini Portos, Arif Əliyevi isə Aramis kimi təqdim edəcəm…


Başlayaq Dartanyandan. 1989-cu ildə böyük söz davasına atılanda otuz iki yaşı var idi. "Azəpbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ilk dəfə döyüşə başladı. Elə ilk vaxtlardan da şpaqası, daha dəqiqi qələmi ilə sübut etdi ki, bacarıqlı, istedadlı, döyüşkən muşketyordur, yəni qələm adamıdır. Sonra "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti kimi sözlə meydan sulayıb, “döyüş” bacarığını nümayiş etdirib. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olsa da, 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edərək dostlarına böyük söz davasında əlvə meydan açıb…


Atos ilk dəfə əlinə “şpaqa” götürüb, böyük söz davasına atılanda cəmi iyirmi doqquz yaşı olub. Çox cəbhələrdə sücaət göstərib, həmişə “muşketyor” şərəfinə sədaqətli qalıb. Hələ də böyük söz davasında ləyaqətlə vuruşur…

Portosun böyük söz davasında zəngin təcrübəsi var. Uzun döyüş yolu keçib. Yaşı altmış beşi haqlasa da hələ də "şpaqasını" yerə qoymur. Bununla yanaşı gənc “muşketyorları” böyük söz davasına hazırlayır...


Aramis böyük söz davasına əsl peşəkar “muşketyor” kimi gəlib. Çox döyüş meydanlarında “şpaqasının” kəsərini göstərib...


Qısa arayışla təqdim etdiyim bu insanlar dostdurlar, tez-tez Dartanyanın açdığı döyüş meydanında olurlar. Onlar burada sözün qüdrətindən istifadə etməklə yanaşı, korşalmaq bilməyən “şpaqaları” ilə həqiqəti aşkara çıxarmağa səy göstərirlər. Atos efirdə az-az görünsə də “şpaqasına” dinclik vermir...


“Şpaqası” ilə haqq sözə yol açan Dartanyan efirdə ciddi, təmkinli görünsə də, Portos əzəmətli görkəmi, qətiyyətli çıxışları ilə taktiki gedişlər edir. Sərt sözü nəzakətlə sahibinə yollayan Aramis isə ustalıqla marifləndirmə missiyasını həyata keçirir...


Onların hər biri təcrübəli “muşketyor” olmaqla yanaşı sözün əsl mənasında böyük insanlardır. Dövlətimiz və xalqımız qarşısında xidmətləri var. Bir neçə gündən sonra, iyulun 22-də ölkəmizdə milli mətbuat günü qeyd ediləcək. Bu münasibətlə müasir Azərbaycan jurnalistikasının cəsur “muşketyorları”, daha doğrusu görkəmli nümayəndələri- Qulu Məhərrəmlini, Elçin Şıxlını, Arif Əliyevi, İbrahim Nəbioğlunu mətbuatın məhdudiyyət tanımadığı Amerika Birləşmiş Ştatlarından təbrik edir, onların timsalında ölkəmizin kütləvi informasiya vasitələrində çalışan soydaşlarımızın hər birinə yaradıcılıq uğurları arzulayıram...


P.S. İndi siz deyin, buna dostluq şarjı söyləmək olarmı?


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27