Modern.az

1211 nəfər Azərbaycana readmissiya edilib

1211 nəfər Azərbaycana readmissiya edilib

18 İyul 2019, 12:35

"Avropa İttifaqı ilə "Readmisiyya haqqında" Saziş 2014-cü ilin sentyabr ayından imzalanıb. Həmin dövrdən indiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, bəzən insanlarda elə fikir yaradırlar ki, guya çox asanlıqla hansısa xarici ölkəyə gedib orada yaşamaq mümkün olur.

 

"Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən edilir. Sığınacaq almaq çox mürəkkəb bir prosesdir. İnsanlar bu proseslər barədə kifayət qədər məlumatlı olmurlar. Bəzi şəxslər xarici ölkəyə gedir və nəticə əldə etmir. Artıq o şəxslər Avropa ölkələrindən geri qaytarılıblar.

 

Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq işlər görür. Bu məsələlərdə çalışırıq ki, məlumatlı olaq və insanlara köməklik göstərək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?