Modern.az

Ölkədə qanunsuz yaşayan miqrantlar – say AÇIQLANDI

Ölkədə qanunsuz yaşayan miqrantlar – say AÇIQLANDI

18 İyul 2019, 12:57

Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

 

O deyib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur.

 

"Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib. Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır"- V.Hüseynov bildirib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir