Modern.az

\"Səbail\" Avroliqada mübarizəni dayandırdı

\

18 İyul 2019, 21:54

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyunu yekunlaşıb.

Modern.az xəbər verir ki, oyunda "Səbail" hesabda geri düşsə də hesabı bərabərləşdirə bilib. Belə ki, görüşün 54-cü dəqiqəsində Boqdan Vetejelu "Səbail"i mərkəzə dəvət edib - 2:0.

Matçın 67-ci dəqiqəsində Ağabala Ramazanov hesab arasındakı fərqi azaldıb: 1:2.

Oyunun 69-cu dəqiqəsində Bakı klubu status-kvonu bərpa edib. Komandamızın heyətində Dilan Duventru qol sevinci yaşayıb - 2:2.

Amma "Səbail"in bundan artığına gücü çatmayıb.

Matçın 90-cı dəqiqəsində Karlos Fortes Bakı klubunu məğlub duruma salıb - 3:2.

Bununla da iki oyunun nəticəsinə görə, 6:2 hesabı ilə məğlub olan "Səbail" Avropa Liqasında mübarizəni dayandırıb.

***

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Universitatya Krayova” ilə qarşılaşan "Səbail"  yenə məğlub olur. 

Modern.az xəbər verir ki, hazırda hesab 1:0 hesabı ilə “Universitatya Krayova”nın xeyrinədir.

***

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Səbail"  “Universitatya Krayova”  komandası ilə qarşılaşır. 

Modern.az xəbər verir ki,  Bakıda 2:3 hesabı ilə uduzan Aftandil Hacıyevin komandası  Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

Baş hakim: Helqi Mikael Yonasson


“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç

Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş

Baş məşqçi: Korneliu Papura

“Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru

Baş məşqçi: Aftandil Hacıyev
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?