Arxiv
19 İyul 2019, 11:15 | AKTUAL
Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ: “Şəffaflıq qanedici deyil”

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin ötən dövründə qeyri-neft sektorunda, habelə ayrı-ayrı sektorlarda dövriyyələrin və vergi daxilolmalarının artımı müşahidə olunur. Vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verməsini təsdiq edir. Bununla belə, bəzi sektorlarda, xüsusilə də, pərakəndə ticarət və ictimai iaşə sektorlarında şəffaflaşma prosesinin sürəti qaneedici deyil.

 

Bu haqda Vergilər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.  

 

Vergi orqanlarının təhlillərinə əsasən, yayınmalar daha çox vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır. Bununla əlaqədar, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

 

Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

 

“Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur”-deyə bildirilib.

 

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

 

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

 

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməyə dəvət edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47