Arxiv
19 İyul 2019, 14:30 | AKTUAL
İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul edib.

Bu barədə Modern.az Prezidentin Mətbuat xidmətinə istinadən bildirir. 

 

Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi.

 

Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Qonaq vurğuladı ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Vəlid bin Məhəmməd Əl-Səmaani paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda azərbaycanlı həmkarları ilə görüşlərin uğurla keçdiyini, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu dedi.

 

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.

 

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri aparılır - FHN 10 Dekabr 2019, 14:12 "EuroHome”dakı 5 hektar ərazinin 2 hektarı yanıb - Rəsmi 10 Dekabr 2019, 13:57 270 azərbaycanlı uşaq Suriya və İraqdakı saxlama mərkəzindədir 10 Dekabr 2019, 13:52 BirKart-la Əbu-Dabiyə bilet qazanın! 10 Dekabr 2019, 13:49 Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 10 Dekabr 2019, 13:46 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub - Rəsmi 10 Dekabr 2019, 13:45 Bu şirkət “Neftçi” futbol klubunun yeni sponsoru oldu 10 Dekabr 2019, 13:44 YAP növbədənkənar seçkidə iştirak QƏRARI VERDİ 10 Dekabr 2019, 13:38 “Quzubasan” Mazanın məzəli işdəkləri 10 Dekabr 2019, 13:35 Milli Şura parlament seçkilərində iştirak etməyəcək - BƏYANAT 10 Dekabr 2019, 13:33 Moskvanın eks-meri Lujkov vəfat etdi 10 Dekabr 2019, 13:30 Nəsimidən bəhs edən “Əbədi eşq günəsi” filmi İtaliyada nümayiş olunub 10 Dekabr 2019, 13:14 Azərbaycanlı rejissorun filmi  dünyanı dolaşır 10 Dekabr 2019, 13:06 “Magistraturaya qəbul asan, bitirmək çətin olsun” - TƏKLİF 10 Dekabr 2019, 13:06 Prezident təqaüdü elektron qaydada təyin olunacaq 10 Dekabr 2019, 12:58 Sabahın hava proqnozu AÇIQLANDI 10 Dekabr 2019, 12:52 Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib 10 Dekabr 2019, 12:44 Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu - VİDEO 10 Dekabr 2019, 12:37 Əbu Bəkr məscidi yenidən açılır  10 Dekabr 2019, 12:30 Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək 10 Dekabr 2019, 12:22 Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ 10 Dekabr 2019, 12:16 "EuroHome”dakı yanğın SÖNDÜRÜLDÜ 10 Dekabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda hərəkət bərpa olundu 10 Dekabr 2019, 12:11 “EuroHome”dakı yanğınsöndürmə prosesi Kəmaləddin Heydərovun nəzarətindədir 10 Dekabr 2019, 12:07 Xəstəxanaya silahlı hücum – 4 ölü, 2 yaralı 10 Dekabr 2019, 11:59 “Bakı kəndlərində gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər” – Eldar Quliyev 10 Dekabr 2019, 11:57 “EuroHome”dakı yanğından FOTOLAR 10 Dekabr 2019, 11:55 Azyaşlıları döyən ata və ögey anayla bağlı cinayət işi başlandı 10 Dekabr 2019, 11:52 Xaricdə təhsilin üstünlükləri... Bəs kimlər xaricdə saxta diplom əldə etməyə çalışır?!   10 Dekabr 2019, 11:49 Zelenski Putinin əlindəki “kozır”dan DANIŞDI 10 Dekabr 2019, 11:47 Ötən ay gündəlik neft hasilatımız 776 min barrel olub 10 Dekabr 2019, 11:44 “EuroHome"dakı yanğını söndürmək üçün 3 helikopter, 1 təyyarə cəlb olunub - RƏSMİ - VİDEO 10 Dekabr 2019, 11:40  “EuroHome”dakı yanğın Məleykə Abbaszadənin görüşünü təxirə saldı 10 Dekabr 2019, 11:38 Gəncədə YAP-çı müşahidəçilərlə görüş olub 10 Dekabr 2019, 11:37 Ramiz Zeynalov da hadisə yerinə gəlib 10 Dekabr 2019, 11:32