Modern.az

Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı

Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başladı

Aktual

19 İyul 2019, 13:22

Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.

 

Modern.az xəbər verir ki, bu haqda Otto Hauzer bildirib. 

O, skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub.

 

Artıq ansambl yaradılıb və ilk məşqlər musiqiçilər arasında böyük harmoniyanın olduğunu göstərib. Almaniyada ilk olan Azərbaycan kamera orkestrinin repertuarı Vivaldidən tutmuş bütün Azərbaycan kompozisiyalarına qədər geniş müstəvini əhatə edir.

Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur.

 

Orkestr aşağıdakı ifaçılardan ibarət tərkibdə fəaliyyət göstərir:

 

Ferhad Mehmet - skripka

Həsən Abasquliyev - skripka

İris İcellioğlu - alt

Nəriman Əkbərov – violonçel

 Tair Turqanov - kontrabas

Timur Osmanov - fleyta

Meltem Kandemir - alt

Zeynep Akdil - violonçel

Arzu Məmmədova - skripka

Elgün Ağazadə - skripka

Feliks Knarozovski- faqot

Fərəc Əkbərov - klarnet

Fəridə Rüstəmova - skripka  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?