Modern.az

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub

19 İyul 2019, 13:47

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.  

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər kənddə evlərin dam örtüyünə və hasarlarına dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir