Arxiv
19 İyul 2019, 14:19 | AKTUAL
Bərdə xəstəxanasında qanun pozuntusu – RƏSMİ

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Hesablama Palatasından Modern.az-a verilən məlumata audit 2017-2018-ci illər üzrə 12113,1 min manat vəsaiti əhatə edib. 

 

Hesabatda göstərilib ki, çarpayı günləri 2017-cı ildə 43,3%, 2018-ci ildə 43,7% icra olunmasına baxmayaraq, ayrı-ayrı xəstəxanalar üzrə çarpayı günlərinin icrası 2017-ci ildə 2,7%-dən 53,4%-dək, 2018-ci ildə 1,7%-dən 51,4%-dək fərqli olub. Carpayı günlərin az icra olunmasına baxmayaraq 2017-ci ilin  əvvəlinə vakant olan 57,0 ştatın 10,0 vahidi, 2018-ci ilin əvvəlinə vakant olan 76,0 ştatın 4,0 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilmiş, ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2017-ci ildə 0,5-4,4 manat, 2018-ci ildə 0,06-4,1 manat, ərzaq xərci isə müvafiq olaraq 2,4-3,7 manat, 2,9-4,8 manat təşkil etmiş, bəzi kənd sahə xəstəxanalarında isə icra olunmuş çarpayı günləri dərmanla təmin olunmayıb.

 

Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydaları"nın tələbləri bəzi hallarda gözlənilməmiş, istifadə müddəti bitmiş dərman, sarğı ləvazimatları və materialları aşkar edilmiş, əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməmiş, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək haqqı ödənilmiş, normadan artıq ərzaq məhsulları silinmiş, yerinə yetirilməmiş əsaslı təmir işlərinə görə vəsait ödənilmiş, ehtimal olunan qiymətlərin müəyyən edilməməsi səbəbindən mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilmiş, satınalma keçirilmədən, təsdiqedici sənəd olmadan vəsait xərc edilmiş, səhiyyə müəssisələrinin tələbatından artıq mal-materillar alınaraq uzun müddət istifadəsiz saxlanılıb.

 

2017-2018-ci illərdə əsas vəsaitlərin silinməsi zamanı metal qırıntısı toplanıb təhvil verilməmiş, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli Q-13 №-li Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na bir sıra hallarda əməl edilməyib.

Auditor Hesabatında qeyd edilmiş nöqsanlar dinlənilmiş, Bərdə Rayon Mərkəzi xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma keçirilmədən vəsait xərc edilməsinə görə, eləcə də təyinatdankənar xərcə yol verildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədi ilə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

 

Xəstəxana tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi də nəzərə alınmaqla qəbul edilmiş Kollegiya Qərarında həmçinin malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə tam əməl edilməsi, mal-materialların bazar qiymətlərindən baha alınması nəticəsində artıq ödənilmiş vəsatlərin dövlət büdcəsinə bərpası, səhiyyə müəssisələrinin tələbatından artıq alınaraq uzun müddət istifadəsiz saxlanılmış müxtəlif avadanlıq və mal-materialların istifadəsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, 2018-ci ilin maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan pozuntular və uyğunsuzluqlar aradan qaldırılmaqla 2019-cu ilin maliyyə hesabatlarının müvafiq qaydalara uyğun olaraq tərtib edilməklə Hesablama Palatasına təqdim olunmasının təmin edilməsi göstərilib.

 

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 27.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Kollegiya qərarı və Auditor hesabatının surəti Səhiyyə Nazirliyinə, Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47