Modern.az

Azərbaycanda 2 əsgər ölüb

Azərbaycanda 2 əsgər ölüb

30 Yanvar 2012, 12:49

Azərbaycan Ordusunun əsgəri ölüb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır. 

***

Daha bir hərbi qulluqçu dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Əmiraslan Rüstəmov qazanxanada dəm qazından boğularaq ölüb. 

Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir