Modern.az

Vəkillər Kollegiyasından fərdi vəkilliyin ləğvilə bağlı AÇIQLAMA    

Vəkillər Kollegiyasından fərdi vəkilliyin ləğvilə bağlı AÇIQLAMA    

19 İyul 2019, 15:15

Bu gün bir sıra KİV-də və sosial şəbəkədə “Vəkillər Kollegiyası bəzi vəkillərin fəaliyyətinə xitam verib” və sair bu kimi başlıqlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətindən Modern.az-a verilən açıqlamada bildirilib ki, Rəyasət Heyətinin qərarı ilə Gəncə, Şəki regionlarında fərdi qaydada fəaliyyət göstərən 17 vəkil fəaliyyət göstərdikləri yerlər üzrə vəkil qurumlarına təhkim edilib.

 

"Vəkillər Kollegiyasına daxil olmuş məlumatlara əsasən, qeyd olunmalıdır ki, adları çəkilən regionlarda fəaliyyət göstərən vəkillərin bir qismi fəaliyyət göstərməli olduqları ərazilərdə deyil, paytaxtda fəaliyyət göstərməklə vəkillərin sayının az olduğu həmin regionlarda əhalinin peşəkar hüquqi yardıma çatımlılığına mənfi təsir göstərib. Nəzərə almaq lazımdır ki, müvafiq regionda fərdi qaydada fəaliyyət göstərən vəkillər həmin regionlara onların könüllü müraciəti əsas götürülməklə Rəyasət Heyətinin qərarı əsasında göndərilib".

 

Bundan başqa, vəkillərin digər bir qismi qanuna əsasən, müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətlərinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabına aylıq gəlirlərindən 2 faiz məbləğ keçirməli olduqları halda, qanunu pozaraq öz üzərlərinə düşən bu vəzifələrini bu vaxta kimi icra etməyiblər.

 

Qeyd olunanları nəzərə alaraq, gələcəkdə oxşar pozuntu hallarının qarşısının alınması məqsədilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti qabaqlayıcı tədbir qismində pozuntuya yol vermiş vəkillərə münasibətdə intizam tənbeh tədbiri seçməyərək onlara xəbərdarlıq edib və əslində fəaliyyət göstərdikləri regionlarda yerləşən vəkil qurumlarına göndərib.

 

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti KİV nümayəndələrinə müraciət edərək bildirir ki, KİV bu cür məlumatları verərkən həmin məlumatların həqiqiliyinin yoxlanılaması məqsədilə Rəyasət Heyətinə birbaşa müraciət etsinlər"-deyə bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər