Arxiv
19 İyul 2019, 15:59 | AKTUAL
Antisanitar alkoqolsuz içki sexləri- FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

 

Baxış zamanı texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

 

Rəsmi məlumata görə, sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı, üzərinə istehsal tarixinin vurulmadığı və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixinin, saxlanma müddətinin qaldığı müəyyən edilib:

 

“Habelə Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” MMC-də istehsal edilmiş “H2O” və “Qax” əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub.

 

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.

 

1) Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, fiziki şəxs Şıxlinski Fərid Zeynal oğluna məxsus “Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

2) Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, fiziki şəxs Yusifli Ülvi Zəfər oğluna məxsus “Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

3) Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əli Sadiq İlqar oğluna məxsus “Sadiq” və “Qax" əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

4) Qax rayonu Qorağan kəndində yerləşən hüquqi şəxs “Günəş MS” MMC-yə məxsus “Sevim”, “H2O” və “Qax” əmtəə nişanlı su istehsalı sexi

5) Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən fiziki şəxs Mustafayev Orxan Cahangir oğluna məxsus “Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

6) Balakən rayonu Qullar kəndində yerləşən fiziki şəxs Papaxov Elman Fəxrəddin oğluna məxsus “Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi

 

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanın Azərbaycandakı Səfiliyi əczaçı şirkətləri Bakıya gətirdi 12 Dekabr 2019, 10:32 Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA 12 Dekabr 2019, 10:07 İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib 12 Dekabr 2019, 10:05 Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM 12 Dekabr 2019, 10:02 ABŞ-ın hərbi xərcləri Rusiyanın dövlət büdcəsindən 3 dəfəyədək böyükdür - RƏQƏM   12 Dekabr 2019, 09:59 Qulu Məhərrəmli Suriyaya apara bilmədiyi “Nəsimi barelyefi”ni muzeyə verdi - FOTOLAR 12 Dekabr 2019, 09:55 Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu 12 Dekabr 2019, 09:45 Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı 12 Dekabr 2019, 09:41 Bu gecə cəbhədə vəziyyət çox gərgin olub  12 Dekabr 2019, 09:35 Bakıda bəzi yollar bağlandı - SİYAHI 12 Dekabr 2019, 09:26 176 nəfərin adı AZAL-ın “Arzuolunmaz sərnişinlər siyahısı”na düşüb 12 Dekabr 2019, 09:15 Nazir müavininin qardaşı vəfat edib 12 Dekabr 2019, 08:49 YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI 12 Dekabr 2019, 08:27 Bu gün AvroLiqada 22 oyun - “Qarabağ” son matçına çıxır - TƏQVİM 12 Dekabr 2019, 08:17 Çempionlar Liqasında qrup mərhələsi yekunlaşdı - “Qalatasaray” darmadağın oldu - NƏTİCƏLƏR 12 Dekabr 2019, 08:13 Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Əbədiyyətə Azərbaycan yazan lider - anım günüVİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03