Modern.az

Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open”

Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open”

19 İyul 2019, 19:43

İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə "Baku Open" beynəlxalq turniri keçiriləcək.

 

Modern.az xəbər verir ki, turnirdə Azərbaycan, Pakistan, Əfqanistan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək.

 

Yarışda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı