Arxiv
19 İyul 2019, 21:16 | AKTUAL
Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə

Minsk məhkəməsində “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir.

Modern.az  xəbər verir ki, Rəşad Gəncinski” Rusiya vətəndaşıdır, Moskvada yaşayır, evli və dörd azyaşlı uşağı var. Həbs edilən sürücü Vaydar Məmmədov isə Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Rus dilində zəif bildiyi üçün məhkəmədə tərcüməçinin xidmətindən istifadə edilir. Dmitri Gritsuk isə Belarus vətəndaşıdır, Moskvada yaşayır, evlidir və iki azyaşlı uşağı var.

Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.

Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər. Məhkəmə salonunda müttəhimləri üzləri maskalarla örtülü xüsusi təyinatlı qüvvələrin əsgərləri qoruyur.

“Gəncinski” məhkəmədə deyib ki, 2012-ci ildə borclu olduğu adam ona saxta vətəndaşlıq və xarici pasport təklif edib. “O vaxtdan mən öz əsl adımdan istifadə etmirəm. Mən bu pasporta öyrəşmişəm, fikirləşmişəm ki, bu pasport qanunidir”, – deyə o, məhkəmədə bildirib.

Qeyd edək ki, “Rəşad Gəncinski” 2017-ci ilin avqustunda Abxaziyada güllələnmişdi. Rus mənbələri yazırdı ki, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Nadir Səlifovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Məlumatda deyilirdi ki, “Nika” abxaz “qanuni oğru”ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli” “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.

Qudautiyə gələn “Rəşad Gəncinski” və “Roma Stavropolski” şəhərdəki restoranların birində “Nika” ilə düşmən olan “qanuni oğru”ları cəzalandırmaq istəyiblər. “Stavropolski” yerli “qanuni oğru”lara güc nümayiş etdirmək istəyərkən isə “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı “qanuni oğru” və “Nika Qaqrinski” güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, “Gəncinski” ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq xəstəxanadan qaçıb. “Qanuni oğru”nun güllə ilə “həmkarını” yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. “Rosbalt” yazır ki, “Pıza” öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini “qanuni oğru” kimi deyil, xuliqan kimi aparıblar.

“Pıza” əlavə edib ki, “Nika Qaqrinski”nin “oğru” statusu sual altındadır, “Rəşad Gəncinskini” isə sifətdən tanımayıb. Bu səbəbdən də silaha əl atıb.

“Rəşad Gəncinski” “Quli”nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə il öncə yayılmışdı. Məlumatlarda deyilirdi ki, “Quli” “Rövşən Lənkəranski”nin qətlindən sonra güclənərək bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, “Rəşad Gəncinski” qanqsterlər arasındakı söhbətlərdən birində “Lənkəranski”nin onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyibmiş. “Rəşad Gənsinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Məlumat üçün deyək ki, “Rəşad Gəncinski” 1978-ci ilin 16 martında Gəncədə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə xırda cinayətlərə qarışıb. Daha sonra Moskvada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısamüddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ilin fevralında Moskvada böyük “sxodka” keçirilir. Həmin “sxodka”da azərbaycanlı “qanuni oğrular”dan Vaqif Süleymanov (“Vaqif Diplomat”), Əlibaba Həmidov (“Qoca Yasamalski” öldürülüb), Arif Mehdiyev (“Arif Sumqayitski”), Yunus Nəzərov (“Yunus Yasamalski”), Baxış Əliyev (“Vaxa”-öldürülüb) iştirak edib. “Sxodka”da “Rəşad Gəncinski” “qanuni oğru” kimi taclandırılıb.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Uzaq və yaxın İsraildən veteran yazır... 10 Dekabr 2019, 15:30 İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib 10 Dekabr 2019, 15:26 Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutuldu 10 Dekabr 2019, 15:06 Jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi 10 Dekabr 2019, 15:00 “Muğanbank”ASC-də yeni təyinat 10 Dekabr 2019, 14:55 Kral II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub 10 Dekabr 2019, 14:52 “Əbu-Bəkr” məscidinə yeni imam seçiləcək  10 Dekabr 2019, 14:50 Elmira Süleymanovaya yeni vəzifə verilib 10 Dekabr 2019, 14:35 Mirşahin Seyfulla və Vahid Mustafayev qardaşlarına rəqib oldu - MTRŞ TƏSDİQLƏDİ 10 Dekabr 2019, 14:29 Yanvarın 1-dən bütün pensiyalar 13-14% artacaq - RƏSMİ 10 Dekabr 2019, 14:23 Deputat köməkçilərinin aqibəti necə olacaq? 10 Dekabr 2019, 14:22 Ermənilərdən ibarət cinayətkar qruplaşmalar Avropanı TƏHDİD EDİR 10 Dekabr 2019, 14:21 "EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri aparılır - FHN 10 Dekabr 2019, 14:12 "EuroHome”dakı 5 hektar ərazinin 2 hektarı yanıb - Rəsmi 10 Dekabr 2019, 13:57 270 azərbaycanlı uşaq Suriya və İraqdakı saxlama mərkəzindədir 10 Dekabr 2019, 13:52 BirKart-la Əbu-Dabiyə bilet qazanın! 10 Dekabr 2019, 13:49 Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi 10 Dekabr 2019, 13:46 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub - Rəsmi 10 Dekabr 2019, 13:45 Bu şirkət “Neftçi” futbol klubunun yeni sponsoru oldu 10 Dekabr 2019, 13:44 YAP növbədənkənar seçkidə iştirak QƏRARI VERDİ 10 Dekabr 2019, 13:38 “Quzubasan” Mazanın məzəli işdəkləri 10 Dekabr 2019, 13:35 Milli Şura parlament seçkilərində iştirak etməyəcək - BƏYANAT 10 Dekabr 2019, 13:33 Moskvanın eks-meri Lujkov vəfat etdi 10 Dekabr 2019, 13:30 Nəsimidən bəhs edən “Əbədi eşq günəsi” filmi İtaliyada nümayiş olunub 10 Dekabr 2019, 13:14 Azərbaycanlı rejissorun filmi  dünyanı dolaşır 10 Dekabr 2019, 13:06 “Magistraturaya qəbul asan, bitirmək çətin olsun” - TƏKLİF 10 Dekabr 2019, 13:06 Prezident təqaüdü elektron qaydada təyin olunacaq 10 Dekabr 2019, 12:58 Sabahın hava proqnozu AÇIQLANDI 10 Dekabr 2019, 12:52 Bakıya 2 yeni ikimərtəbəli qatarlar gətirilib 10 Dekabr 2019, 12:44 Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu - VİDEO 10 Dekabr 2019, 12:37 Əbu Bəkr məscidi yenidən açılır  10 Dekabr 2019, 12:30 Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək 10 Dekabr 2019, 12:22 Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ 10 Dekabr 2019, 12:16 "EuroHome”dakı yanğın SÖNDÜRÜLDÜ 10 Dekabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda hərəkət bərpa olundu 10 Dekabr 2019, 12:11