Modern.az

Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO

Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO

19 İyul 2019, 23:05

Abşeron rayonunun Məmmədli kəndindən olan gənclərin dənizdə çimmək arzusu faciə ilə nəticələnib.

Modern.az  xəbər verir ki, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. İki nəfər isə boğulub.

Ancaq boğulduğu bildirilən gənclərdən biri 3 saylı şəhər klinik xəstəxanada oyanıb. Hələlik adı açıqlanmayan gəncin həkimlərin müdaxiləsi nəticəsində ölümdən döndüyü qeyd edilir.

2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasov isə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, S.Abbasov Qarabağ qazisi Vüqar Abbasovun oğludur və o, evin tək oğlu olub. S.Abbasov bu il orta məktəbi bitirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?