Arxiv
19 İyul 2019, 23:25 | AKTUAL
Nazir Çinin yeni səfirini qəbul etdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Quo Mini qəbul edib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov xanım Quo Mini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Nazir Çinin hər zaman, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Həmçinin Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirdi.

Səfir Quo Min Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və bu səfər çərçivəsində baş tutmuş Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpin ilə görüşü, eləcə də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İnin Bakıya ilk rəsmi səfəri də daxil olmaqla tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edən səfir Quo Min, qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47