Modern.az

Lənkərandakı istirahət məkanları cərimələndi 

Lənkərandakı istirahət məkanları cərimələndi 

20 İyul 2019, 11:08

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.

 

Modern.az-ın məlumatına görə, bu cür tədbirlər nəticəsində Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində dəniz kənarında fəaliyyət göstərən “Ləzzət” və “Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib və bununla bağlı F.Həsənov və K.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

 

Eyni zamanda, Lənkəran şəhəri Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə N.Məmmədov barəsində İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu