Modern.az

Lukaşenko 6 min məhkumu əfv etdi

Lukaşenko 6 min məhkumu əfv etdi

20 İyul 2019, 13:12

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğalından azad olunmasının 75 illik yubileyi ilə əlaqədar olaraq təxminən 6 min məhkumun əfv olunması barədə fərman imzalayıb. 

 

Bu barədə Modern.az TASS-a istinadən xəbər verir.

 

Sənədə əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir.

 

Lukaşenko 6 min məhkumu əfv etdi

Əfv fərmanı yetkinlik yaşına çatmamış uşaqlara, hamilə qadınlara, qadınlara, himayəsində 18 yaşa qədər uşaq olan kişilərə, pensiya yaşına çatmış şəxslərə, I və II qrup əlilliyi, onkoloji xəstəlikləri olan şəxslərə, müharibə veteranlarına, xidmət dövründə yaralanmış, Çernobıl qəzasından zərər çəkən şəxslərə tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi