Arxiv
20 İyul 2019, 13:19 | AKTUAL
Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib

ABŞ tərəfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edib.

 

DQİDK-dən Modern.az-a verilən məlumata görə, konfransa 100-dən artıq dövlətin və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri, habelə dini liderlər və vətəndaş cəmiyyəti qruplarının nümayəndələri qatılıblar.

 

ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek tədbirdə çıxış ediblər.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı çıxışında ölkəmizin dünyəvi dövlət olduğunu, respublikamızdakı mövcud dövlət-din modelini, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığını, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Ölkəmizin beynəlxalq aləmdə model olduğunu söyləyən M.Qurbanlı antisemitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın dinlər və sivilizasiyalar arasında dialoqu təşviq edən əsas dövlətlərdən biri olduğunu vurğulayıb. M.Qurbanlı, həmçinin cari ilin noyabrında Azərbaycanın Dünya dini liderlərinin II Bakı sammitini keçirəcəyini də xatırladıb.

Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M.Qurbanlı belə addımların qınanılmasının və onların qarşısının alınmasının vacibliyini qeyd edib. O, dinlərin barışa və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderləri Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvasına qayıtmasına yardım etməyə çağırıb.

 

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan Xarici İşlər və Ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşlər keçirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Roza Zərgərli: “Mənə Azərbaycanın Kardaşyanı deyirlər” - Müğənni ombasından DANIŞDI 21 Avqust 2019, 16:35 İcra başçısı Nərimanov sakinləri ilə müzakirələr apardı 21 Avqust 2019, 16:31 4 ayda 500 milyon arı ölüb - MÜƏMMA 21 Avqust 2019, 16:27 6 yaşlı məktəblininin çantası 2 kq olmalıdır  - HƏKİM 21 Avqust 2019, 16:26 Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib - Ermənilərdən ETİRAF 21 Avqust 2019, 16:06 Bakıda ana övladını ayaqlarından zəncirləyib - İşgəncə TƏSDİQLƏNDİ 21 Avqust 2019, 16:02 Binəqədidə "Gənclik günü" - Fotolar 21 Avqust 2019, 15:52 Sərbəstlikdən ... özbaşınalığa 21 Avqust 2019, 15:34 Bakı-Tbilisi-Qars dəmir yolu üçün 10 yeni vaqon gətiriləcək 21 Avqust 2019, 15:30 “Təklif edirəm ki, Təhsil Fondu yaradılsın” - Kamran Əsədov 21 Avqust 2019, 15:29 “Qaçqınkom” sədri Gədəbəydə məcburi köçkünlərin müraciətlərini dinlədi 21 Avqust 2019, 15:28 Həccə gedənlərin ilk qrupu Bakıya qayıtdı 21 Avqust 2019, 15:04 Bakıda DƏHŞƏT: uşaq və qadın Kamazın altından son anda xilas oldu - VİDEO 21 Avqust 2019, 14:52 Tramp Danimarka səfərini təxirə saldı 21 Avqust 2019, 14:30 Cəbhədə monitorinq insidentsiz başa çatıb 21 Avqust 2019, 14:17 BSU-nun tanınmış müəllimindən nazirə MÜRACİƏT  “İki övladım var...” 21 Avqust 2019, 14:06 Azərbaycanda vəzifəli şəxslər niyə gəlir deklarasiyası vermirlər... 21 Avqust 2019, 14:02 Bakıya gətirilən yeni liftlər hansı binalarda quraşdırlacaq? - AÇIQLAMA 21 Avqust 2019, 13:51 Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq 21 Avqust 2019, 13:51 Səfir Vilayət Quliyev: “Allah sözündən sonra ikinci ən müqəddəs söz Əsgər olmalıdır” 21 Avqust 2019, 13:44 AFFA bu klubları CƏRİMƏLƏDİ 21 Avqust 2019, 13:38 Pilotun xanımı: “Rəşadın iki balası adını layiqincə davam etdirəcək” 21 Avqust 2019, 13:35 Bu yay 29 nəfəri gün vurub 21 Avqust 2019, 13:32 Nazirlik rəsmisi məsuliyyətsiz insanları İTTİHAM ETDİ 21 Avqust 2019, 13:27 Rusiyada 25 yaşlı azərbaycanlı göldə boğuldu 21 Avqust 2019, 13:24 Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR 21 Avqust 2019, 13:12 Sabah gözlənilən hava şəraiti AÇIQLANDI 21 Avqust 2019, 13:02 “Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI 21 Avqust 2019, 12:51 “Hirkan”dakı yanğını söndürə bilmirlər - YENİLƏNİB + VİDEO 21 Avqust 2019, 12:22 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb 21 Avqust 2019, 12:19 İcra başçısı daha bir kənddə səyyar görüş keçirdi 21 Avqust 2019, 12:15 Türklər erməni futbolçuya 2,2 milyon avro ödəyəcək 21 Avqust 2019, 11:56 Pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - YENİLƏNİB +FOTOLAR 21 Avqust 2019, 11:52 Azərbaycanda avtomobillərin buraxdığı zərərli qazların miqdarı yoxlanılır 21 Avqust 2019, 11:15 Allahın sevimli bəndəsi 21 Avqust 2019, 10:56