Modern.az

Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini”

Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini”

20 İyul 2019, 15:00

“Adam erməni də ola bilər, erməni gəlini də. Hətta ata-anası da erməni ola bilər. Heç kim başqalarına, hətta öz yaxınlarına görə məsuliyyət daşımır. Amma insan olmaq şəxsin özündən asılıdır”.

 

Bunu Modern.az-a açıqlmasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunus haqqında söyləyib. L. Yunusun mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında iddialarına hiddətlənən M. Mirəlioğlu onun düşməncəsinə yanaşmasını qəbul etmir:

 

“Düşməncəsinə, düşmən dilində münasibət sərgiləmək, tarixi faktları təhrif etmək məqsədyönlü məsələdir. Bu hadisələr təkcə danışan şəxsin işi deyil, arxasında böyük düşmən qüvvələrin olmasının göstəricisidir. Yaxın saatlarda onun tutarlı cavabını verməyə çalışacağıq. Hesab edirəm ki, hələlik aidiyyəti olan, birbaşa adı çəkilən adamlar Leyla Yunusun cavabını verməyiblər”.

 

Qeyd edək ki, hazırda Avropada yaşayan Leyla Yunus Sevinc Osmanqızının sosial şəbəkədəki canlı yayımı vasitəsi ilə Ə.Elçibəyi “KQB” agenti adlandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir