Arxiv
20 İyul 2019, 16:14 | AKTUAL
Vilayət Eyvazov sıra baxışı keçirdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında və Nazirliyin digər struktur orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri, adıçəkilən alayda baş tutmuş tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 400 iddiaçının arasından daha hazırlıqlı olan 261 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

 

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. General-polkovnik V.Eyvazov ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladıb. Belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

 

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

 

Sonra Vilayət Eyvazov Alay əməkdaşlarının xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən tədbirlər, əsaslı yenidənqurma və təmirdən sonra istifadəyə verilmiş yataqxanalar və inzibati bina ilə yaxından tanış olub, ümumən görülmüş işləri müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

 

Daha sonra nazir brifinq zalında ƏÇPA-nın komandir heyəti ilə görüşüb. O, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini xüsusilə qeyd edib.

 

General-polkovnik V.Eyvazov Alay rəhbərliyindən əməkdaşların, xüsusən sonuncu sıra baxışından keçərək yaxın gələcəkdə xidmətə qəbul olunacaq gənc kadrların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınması üzrə tədbirlərin daha da gücləndirilməsini, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilmələrinin, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsini tələb edib.

 

Bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran nazir möhtərəm dövlət başçımızın daxili işlər orqanlarına olan böyük etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin, Vətənə, xalqa və Prezidentə ləyaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.

 

Tədbirə yekun vuran Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qadın mənzilində ölü tapıldı 9 Dekabr 2019, 22:57 Pakistan səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 9 Dekabr 2019, 22:43 Azərbaycan nefti bahalaşıb 9 Dekabr 2019, 22:26 Mübariz Mənsimov Oqtay Gülalıyevin oğlunun iradlarına CAVAB VERDİ: “Dövlət məndən də artığını etdi” 9 Dekabr 2019, 22:16 Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ 9 Dekabr 2019, 21:49 Rusiyada azərbaycanlı repçilərə atəş açıldı 9 Dekabr 2019, 21:32 Parisdə "Norman Dördlüyü" liderlərinin görüşü başlayıb 9 Dekabr 2019, 21:14 ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi rədd edir 9 Dekabr 2019, 20:57 Almaniyada Heydər Əliyevin xatirəsinə kikboksinq turniri keçiriləcək - VİDEO 9 Dekabr 2019, 20:46 Azərbaycanla Rusiya gömrük əməkdaşlığı müzakirə olunub 9 Dekabr 2019, 20:19 Türkiyə suriyalı qaçqınlara 40 milyard dollar xərcləyib 9 Dekabr 2019, 20:06 Zabratda “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli qoyuldu 9 Dekabr 2019, 19:56 “Azərbaycan Könüllülük Həftəsi” “Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi” ilə davam edib 9 Dekabr 2019, 19:44 Diaqnostik qiymətləndirmədə 2700 psixoloqun iştirak edəcəyi proqnozlaşdırılır - NAZİRLİK 9 Dekabr 2019, 19:35 Ermənilər Avronest PA-da təxribat törətdi  9 Dekabr 2019, 19:24 Xarici pasportlarla bağlı YENİ QANUN 9 Dekabr 2019, 19:15 Axtarışda olan şəxs narkotiklə tutuldu 9 Dekabr 2019, 19:06 Bakıda tibbi preparatların istehsalı müəssisəsi açıldı 9 Dekabr 2019, 18:57 İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı - VİDEO 9 Dekabr 2019, 18:48 “Bakcell”in stendi  “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü - FOTO   9 Dekabr 2019, 18:39 BP-dən təhsil üçün vacib kitab - “Kurikulum bələdçisi” təqdim olundu - FOTOLAR 9 Dekabr 2019, 18:28 Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur - Nazirlik 9 Dekabr 2019, 18:20 Putin Zelenski ilə görüş üçün Parisə gəldi 9 Dekabr 2019, 18:12 Baş nazirdən dövlət bayrağı ilə bağlı - SƏRƏNCAM 9 Dekabr 2019, 18:06 Milli dəyərlər - Sosial şəbəkələrdə qorunmayan dəyərimiz 9 Dekabr 2019, 18:04 İranın Azərbaycandakı səfirliyində yanğın olub 9 Dekabr 2019, 18:03 Rusiyaya bu dəfə futbol QADAĞASI gəldi 9 Dekabr 2019, 17:59 Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi 9 Dekabr 2019, 17:53 Baş nazir Ramin Quluzadəyə yeni səlahiyyətlər verdi 9 Dekabr 2019, 17:47 Türkiyədə turistlərdən əlavə vergi yığılacaq 9 Dekabr 2019, 17:45 Hacıqabulda yeni zavodun təməli qoyuldu - FOTO 9 Dekabr 2019, 17:32 Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib 9 Dekabr 2019, 17:26 İcra başçısı müşavirə keçirdi 9 Dekabr 2019, 17:23 Prezident Əlişir Musayevi “Əmək” ordeni ilə təltif etdi 9 Dekabr 2019, 17:15 Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir - Nazir müavini 9 Dekabr 2019, 17:06