Modern.az

Bakıda yanğın - 6 nəfər təxliyə olundu

Bakıda yanğın - 6 nəfər təxliyə olundu

20 İyul 2019, 16:52

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

 

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir